Ru
20:47 / 28 İyun 2026

Azərbaycanda qadın ərini baltaladı - SƏBƏB

Azərbaycanda qadın ərini  baltaladı - SƏBƏB
Eye

Bakının Yasamal rayonunda ailə-məişət zəminində 62 yaşlı kişi ağır xəsarətlər alıb.


Bakupost.az xəbər verir ki, hadisə Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.

Məlumata görə, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq, 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb.

Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə, E.Hacıyevin vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar. \ Teleqraf

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar