Ru
15:16 / 05 Sentyabr 2026

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi fərq...

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi fərq...
Eye

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır.


"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 manat olub.

Beləliklə, qadınlar kişilərdən orta hesabla 389,4 manat və ya 30,8 faiz az əməkhaqqı alıblar. Başqa sözlə, qadınların orta maaşı kişilərin qazancının təxminən 69 faizinə bərabər olub.

Maaş fərqinin ən yüksək olduğu sahələrdən biri maliyyə və sığorta fəaliyyəti olub. Bu sektorda kişilərin orta aylıq əmək haqqı 3437,8 manat, qadınların maaşı isə 2016,8 manat təşkil edib. Fərq 1421 manata çatıb.

Peşə, elmi və texniki fəaliyyət sahəsində kişilər orta hesabla 2349 manat, qadınlar 1224,3 manat qazanıblar. Bu sahədə gender üzrə maaş fərqi 1124,7 manat olub.

Mədənçıxarma sənayesində kişilərin orta maaşı 3857 manat, qadınların isə 2884,1 manat təşkil edib. İnformasiya və rabitə sahəsində kişilər 2008,6 manat, qadınlar 1580,3 manat əmək haqqı alıblar.

Maaş fərqinin nisbətən az olduğu sahələrdən biri təhsildir. Burada kişilərin orta aylıq nominal əmək haqqı 875 manat, qadınların maaşı isə 788,2 manat olub. Fərq 86,8 manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əmək haqqı 1103,2 manat olub.

Şərhlər
  • Bəhram

    Ciddi-dəqiq nisbi-adekvat hesabat olan yerdə hansısa əlavə siyasi, ya digər motivlərə (yozma səbələrə) ehtiyac qalmır? Sosial-demokrat təhlil elə ən ilkin İnsan haqlarının vəziyyətinə heç ədalətli-nizamlayıcı münasibət, qayda görünmür? Hələ Sovet dövründən dünyanın aparıcı-qabaqcıl iiölkələrində bütün iş-istehsal münasibətlərinə yetərincə mütənasib əmsallı səviyyələri 1-19 əmək-iş kateqoriyaları üzrə Vahid əmək haqqları tətbiq-təyin edilir!? Elə bu məqalədəki Orta Əmək haqqları Mədən-çıxarmada iki qat da yox, (qızıl ortadan) 3,14 dəfə çoxdur. Hələ eyni hesablayıcı mühasib, maliyyəçi, hesabatlı ofis üşçisilərinin məsuliyyəti kredit-bazarları açan hansı bankirlərdən harada yüksəkdir? Mədən-çıxarmada texniki təhlükə risqləri yüksəkdir. Müasir iş yerlərinin texnoloji-əməli müqayisəsində ondan da zərərli-zəhərli, daha yüksək təhlükə potensiallı iş yerləri var ki, bankirlərin orta maaşının heç yarısı qədər deyil?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar