Ru
16:44 / 10 Oktyabr 2026

Maşından son anda qaçdı: Qatarın avtomobillə toqquşmasının anbaan VİDEOSU

Maşından son anda qaçdı: Qatarın avtomobillə toqquşmasının anbaan VİDEOSU
Eye

Salyan rayonunda qatarla "Mercedes-Benz" markalı minik avtomobili toqquşub.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.


Görüntülərdən aydın olur ki, avtomobildə yaranan problem səbəbindən sürücü nəqliyyat vasitəsini dəmiryol relslərinin üzərində tərk edir.


Qısa müddət sonra isə avtomobil hərəkətdə olan qatarla toqquşur.

Hadisə ilə bağlı qurumun açıqlamasında bildirilib ki, bu gün səhər saatlarında "Mercedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb:

"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində lokomotivə zərər dəyib.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır.

Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır".


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar