Ru
13:12 / 08 İyun 2026

Azərbaycanda sabah yağış yağacaq

Azərbaycanda sabah yağış yağacaq
Eye

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə arabir zəif duman. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şərq rayonlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-28° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar