Azərbaycanda şadlıq saraylarından birində qeydə alınan görüntülər böyük marağa səbəb olub.
Bakupost.az xəbər verir ki, yayılan kadrlarda toy keçirilən zalın dəhlizində üzərində “Oğlan evi” yazılmış “Toypay” adlı aparatın quraşdırıldığı görünür.
Belə ki, qonaqlar toya pulu ənənəvi üsulla deyil, məhz bu aparat vasitəsilə yazdırırlar.
Məlumata görə, sözügedən görüntülər Şəmkirdə yerləşən “Gold Palace” restoranına aiddir. Bildirilir ki, toyun sonunda restoran tərəfindən toy sahibinə A4 formatında ətraflı siyahı təqdim olunur. Hesabatda ödənişlərin məbləği və vaxtı saniyəsinə qədər qeyd edilir.
Bundan əlavə, ödəniş edildikdən dərhal sonra pul yazdıran şəxsə çek təqdim olunur.
Sözügedən görüntülər sosial mediada böyük maraqla qarşılanıb və qısa müddətdə minlərlə baxış toplayıb.
Lalə Novruz,
BakuPost