Ru
16:19 / 09 İyul 2026

Azərbaycanda serebral iflic olan qadın ana oldu

Azərbaycanda serebral iflic olan qadın   ana oldu
Eye

Serebral iflicdən əziyyət çəkən qadın ana olub.

Bakupost.az xəbər verir ki, o, çəkisi 3600 qram olan sağlam qız uşağı dünyaya gətirib.

Qadının həkimi, mama-ginekoloq Vilayət Abbasov “Bakupost”a bildirib ki, doğuş zamanı hər hansı problem yaşanmayıb. Onun sözlərinə görə, qadın uşaqlıqdan serebral iflicdən əziyyət çəkib və sağ tərəfli hərəkət məhdudiyyəti olub.

“Hamiləlik prosesi nəzarətdə saxlanıldı. Qeysəriyyə əməliyyatı ilə sağlam uşaq dünyaya gəldi”, - deyə həkim qeyd edib.


Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar