Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortaya çıxır. Bu məsələ bir daha vətəndaşların toyda qidalanma məsələsinə həssas yanaşmalı olduğunu göstərir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prosesi necə tənzimləyir? Əvvəldən restoranlara baxış keçirilmir?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə halların əsas səbəbi ölkədə istehlakçı hüquqlarının bərbad vəziyyətdə olmasıdır deyib.
“Biznes qurumları üçün toxunulmaz şərait yaradılıb: yoxlamalar, araşdırmalar, baxış olmaz. Belə bir şəraitdə biznes qurumları vəziyyətdən tam sui-istifadə edirlər. Qlobal səbəb isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1991-ci ildə qəbul olunması və o vaxtdan bəri dəyişməz qalması, dövlətin istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Bu problem əmtəə bazarının bütün sahələrində özünü göstərir”.
E.Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin gecə-gündüz biznes qurumlarının yanında dayanaraq insanlara necə yemək verildiyini izləməsi mümkün deyil:
“Sadəcə olaraq, qanunların imkan verdiyi çərçivədə baxışlar keçirirlər, müəyyən sənədlər verirlər. Bundan sonra biznes qurumları, o cümlədən restoranlar və şadlıq evləri öz işlərini görürlər. İctimai nəzarət güclənməli və geniş yayılmalıdır ki, belə halların qarşısı nisbətən alınsın. Burada, necə deyərlər, Qida Təhlükəsizliyi Agentliyini də qismən günahkar hesab etmək olar. Görünür, Agentlik bütün mallara və yemək çeşidlərinə lazımi səviyyədə nəzarət edə bilməyib. Bu cür hallar həyatımızın bütün sahələrində, o cümlədən restoran biznesində mövcuddur. Belə halların baş verməməsi üçün istehlakçıları fəal olmağa çağırıram. İstehlakçılar toy sahibinin xətrinə dəyməsin deyə susmaq əvəzinə, elə toy zalından 1003 qaynar xəttinə məlumat versinlər ki, burada belə hadisələr baş verir. Nə qədər ki, ictimai nəzarət yoxdur, bu cür hallar davam edəcək”.
Jurnalist də elə onlar kimidir. Amma toylar haqqındatədbir görülməlidir.
Yemək yığışdırılması çətin bir işdir.
Yem
Yığışdırılmalıdlr, çoxdan olmalıydı. Gənclərimiz həmin yığılan pula, Öz gələcək rahatlığı üçün Ev alsınlar. Türkiyə toylarında yemək vermirlər. Bizdə də elə olsun
Ümumiyyətlə yaslarda yemək yığışdırıldığı kimi toylarda da yığışdırılsa əla olar.
Nə qədər ki rüşvət yıgışmayıb beləcə olmalıdı Azərbaycanda elə bir qurum yoxdur ki desin ki mən rüşvət almıram biri mən neçə illərdi prezident administrasiyasınıa daxili işlər nazirliyinə respublika prokurorluğuna milli məclisə ombusmana Ali məhkəməyə məhkəmə hüquq şurasına rüşvət alan hakimi sübut edirəm məhkəmə hüquq şurasıda rüşvət aldıgını verdiyi qərarı ədalətsiz olduğunu deyir amma heç bir tədbir görmürlər bu millət elə beldə məhv olub gedəcək
Eyyub Hüseynov əvvəlki illərdə çox obyektiv mövqe bildirirdi. Görünən odur ki Qida Təhlükəsizliyi xidməti onu ələ ala bilib. Necə yəni gecə gündüz izləməli deyil? Qida təhlükəsizliyi xidmətinə dövlət milyonlarla vəsait ayrır, niyə uzləməsin? Üstəlik gecə lazım deyil, şənlik müddətində yekə qarınli əməkdaşlarıni göndərsin, əgər obyekt haqq alırlarsa, müvafiq tədbir görəcəklər. Marketlər ağzına kimi insan orqanizminə zərər verən saxta kərə yağları, tərkibində əttdən başqa hər şey olan kolbasa və sosislər, un məmulatları, şirniyyatlarla doludur. Niyə qida təhlükəsizliyi xidməti bunlara göz yumur? Çox gözəl bilirsiniz Eyyub Hüseynov niyə? Eləcə də şadlıq evlərinə göz yumurlar!
Bu nə cür yalan başlıq yazmaqdı?