Ru
15:21 / 03 Oktyabr 2026

Azərbaycanda toyuq əti niyə bahalaşıb?

Azərbaycanda toyuq əti niyə bahalaşıb?
Eye

Statistika komitəsi hələ ki, 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb – bu dövrdə 53 min ton quş əti istehsal olunub. 2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur.

"Bakupost" xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, qiymət artımının bir neçə səbəbi var:

1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib, 2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü, yəni, xərci artıb, 3) Yem və dərmanların qiyməti yüksəlib, 4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəmi, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır".

N.Cəfərli əlavə edib ki, toyuq ətinin bahalaşması kasıblıq, yoxsulluq göstəricisidir:

"Bəli, rəsmi rəqəmlərə görə əhali ay ərzində xərclədiyi hər 100 manatın yarısını, 50 manatını ərzağa xərcləyirsə, deməli kasıbdır..."

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar