Məlum olduğu kimi, ötən gün qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki nasazlıq qeydə alınıb.
Bakupost.az xəbər verir ki, yaranan problem müxtəlif ölkələrdə çoxsaylı internet resurslarına girişdə çətinliklərə səbəb olub.
Bu səbəbdən gecə saatlarından etibarən Azərbaycanda “Youtube” platformasına girişdə problem yaranıb. Eyni zamanda “X” platformasının fəaliyyətində də problem müşahidə olunur.
İstifadəçilər hər iki platformaya giriş zamanıçətinliklərlə qarşılaşdıqlarını bildirirlər.
“Downdetector” xidməti də Azərbaycanda nasazlıqlarla bağlı məlumatların daxil olduğunu təsdiqləyib.