Ru
20:15 / 19 Avqust 2026

Azərbaycanda yük qatarında tüstülənmə oldu - FOTO

Azərbaycanda yük qatarında tüstülənmə oldu - FOTO
Eye

Tovuzda qatarda yanğın olub.


"Bakupost" APA-ya istinadən xəbər verir ki, hadisə Azərbaycanda Gürcüstana gedən yük qatarının bir vaqonunda, Tovuz stansiyası ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbilə baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.

ADY-dən bildirilib ki, qatarlarda tüstülənmə hallarının baş verməsi mövsümi xarakter daşıyır:

“Havaların isti keçməsi ilə əlaqədar qatarlarda belə tüstülənmə halları baş verə bilər və bu, təbii haldır. Hadisə nəticəsində qatarlarda olan yüklərə hər hansı ziyan dəyməyib”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar