Ru
17:14 / 02 Sentyabr 2025

Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi...

Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi...
Eye

Azərbaycan kinoteatrlarında rus dilində nümayiş olunan filmlərin sayı xeyli azalıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

Qeyd edilib ki, əgər əvvəllər 13 nümayişdən yalnız 4-ü türk dilində, qalanları isə rus dilində göstərilirdisə, indi vəziyyət dəyişib. Hazırda kinoteatrlardakı filmlərdən cəmi 4 -ü rus dilində, əksəriyyəti isə türk dilindədir.

Ekspertlərin fikrincə, bu qərar başadüşüləndir. Belə ki, ölkə əhalisinin böyük hissəsi rus dilini bilmir, lakin türk dilini rahat anlayır. Bu keçid kinoteatrlara auditoriyanı genişləndirməyə və filmləri tamaşaçılar üçün daha əlçatan etməyə imkan yaradır.

Bundan başqa, bu tendensiya Azərbaycanda rusdilli auditoriyanın getdikcə azalması və türk dilinin yaxın, anlaşılan dil kimi qəbul olunması fonunda daha geniş mədəni dəyişikliyi əks etdirir.

Lalə,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar