Ru
22:51 / 16 May 2026

Azərbaycandan səsləri o açıqlayacaq

Azərbaycandan səsləri o açıqlayacaq
Eye

Avroviziya-2026 beynəlxalq mahnı müsabiqəsinin bu gün keçiriləcək final gecəsində Azərbaycandan olan səsləri kimin açıqlayacağı bəlli olub.

Bakupost.az “Unikal”a istinadla xəbər verir ki, səsləri 2012-ci ildə müsabiqədə ölkəmizi təmsil edən əməkdar artist Səbinə Babayeva təqdim edəcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib. Finalda 25 ölkə çıxış edəcək.

Qeyd edək ki, Səbinə 2012-ci il 17 may tarixində Bakıda baş tutan gecədə “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar