Ru
18:43 / 13 May 2026

Azərbaycanın bəzi bölgələrinə dolu düşüb - Faktiki hava

Azərbaycanın bəzi bölgələrinə dolu düşüb -  Faktiki hava
Eye

Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar