Samux rayonunun Alıuşağı kəndində xüsusi nəzarət postu quraşdırılıb.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, yol avtomobillərin hərəkətinə tam şəkildə açıqdır. Postda əsasən ərazidən ət və süd məhsullarının çıxarılmasına və daşınmasına nəzarət olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin cəlb olunduğu postda yolla hərəkət edən avtomobillər dezinfeksiya edilir. Bundan əlavə, kənddəki iri təsərrüfatlarda dezinfeksiya baryerləri (dizbaryerlər) yaradılıb.
Qeyd edək ki, avqustun 13-də Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə "qarayara" infeksiyası əlamətləri ilə 11 nəfər yerləşdirilib.
Bu şəxslərin böyük əksəriyyəti Samux rayonunun Alıuşağı kənd sakinləridir.