Ru
21:31 / 01 Avqust 2026

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri vəfat etdi

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri vəfat etdi
Eye

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.


"Bakupost" xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

O, uzun illərdir yaşadığı İsveçrədə, Bazel şəhərində dünyasını dəyişib.

Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.

1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsi T.Hüseynova həvalə edilib. O, həmçinin Prezidentin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb.

Ailəli idi, iki övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar