Ru
13:48 / 14 May 2026

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Şuşa və Qəbələ deyil, bu şəhər ola bilər...

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Şuşa və Qəbələ deyil, bu şəhər ola bilər...
Eye

Dünyanın müxtəlif ölkələrində siyasi, iqtisadi və strateji səbəblərlə paytaxtların dəyişdirilməsi halları yaşanıb. Son illər Azərbaycanda da zaman-zaman paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ilə bağlı fikirlər səslənir.

Bəs gələcəkdə Azərbaycanın paytaxtının Lənkərana köçürülməsi real ssenari hesab oluna bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı Azərbaycanda paytaxtın dəyişdirilməsi məsələsi əvvəllər də müzakirə olunduğunu bildirib.

“Bakının paytaxt kimi köçürülməsi məsələsi dönəm-dönəm gündəmə gəlir. Amma adətən Yevlax nəzərdə tutulurdu. Son vaxtlar isə Ağdam variantı müzakirə edilirdi. Lakin indiyə qədər Lənkəranın paytaxt kimi təklif olunduğunu görməmişik”.

Onun sözlərinə görə, dünyada paytaxtların dəyişdirilməsi müxtəlif səbəblərlə bağlı olur:

“Adətən şəhərlərdə sıxlıq yaranır, funksionallıq zəifləyir. Təhlükəsizlik, demoqrafik və idarəetmə məsələləri də paytaxtın dəyişdirilməsinə təsir edən əsas amillərdir.

Əgər məqsəd digər şəhərlərin inkişafına nail olmaqdırsa, bunu paytaxtı dəyişmədən də etmək mümkündür. Paytaxtın köçürülməsi kifayət qədər zəhmətli, xərcli və problemli prosesdir. Bu, o qədər də sadə məsələ deyil”.

Azərbaycanın müxtəlif bölgələrində iri inkişaf mərkəzləri formalaşdırmaq daha məqsədəuyğun yanaşma olacaq. Cənub, şimal, qərb bölgələri, Şirvan və Qarabağda ayrı-ayrı şəhərlərin Bakı ilə müqayisə olunan səviyyədə inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramları hazırlanıb həyata keçirilə bilər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar