Ru
20:08 / 24 Avqust 2026

Azərbaycanın təhsil tarixində yeni rekord...

Azərbaycanın təhsil tarixində yeni rekord...
Eye

Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb.


"Bakupost" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" adlı Feysbuk səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, ADA Universitetinin Kompüter elmləri ixtisasında keçid balı 697 olub.

Məlumata görə, buna Respublika Fənn Olimpiadalarının (RFO) qaliblərinin həmin ixtisasa tam yerləşdirilməsi səbəb olub. İxtisas üzrə bir yer boş qalıb və həmin yerə 697 balla qəbul həyata keçirilib.

Nəticədə 697 bal həmin ixtisas üzrə keçid balına çevrilib və Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar