Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində Xalq artistinin yaxınları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, A.Şarovski bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
***
Azərbaycanın xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.
***
09:52
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib.