Ru
14:51 / 05 Oktyabr 2026

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Cəmil Kılıç

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Cəmil Kılıç
Eye

Azərbaycanla Türkiyənin vilayəti kimi davranmaq istəyənlər ağıllarını başlarına toplamalıdır.

"Bakupost" xəbər verir ki, bunu türkiyəli araşdırmaçı yazar Cəmil Kılıç özünün X hesabında sosial şəbəkələrin Türkiyə seqmentində bəzi fəalların Azərbaycana yönəli ədalətsiz tənqidləri haqda qeyd edib.

“Azərbaycan suveren və müstəqil dövlətdir. Soydaş və qardaş ölkədir. Azərbaycanla bir millətik, amma bir dövlət deyilik. Bu həqiqəti unutmadan qarşılıqlı hörmət və əməkdaşlıqla hərəkət edilməlidir. Azərbaycana sevgimiz heç bir qarşılıq gözləmədən hiss etdiyimiz bənzərsiz hissdir. Var olsun, güclü olsun, ucalsın. Sonadək üç rəngli bayrağı ilə xoşbəxt yaşasın”, - Kılıç bildirib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar