Ru
20:04 / 06 May 2026

Azərbaycanla sülh... - Ermənistan prezidenti açıqladı

Azərbaycanla sülh... - Ermənistan prezidenti açıqladı
Eye

"Ermənistan və Azərbaycan arasında sülh, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, “TRIPP marşrutu” layihəsi, Aİ ilə strateji tərəfdaşlığın dərinləşməsi, Rusiya ilə konstruktiv dialoq Cənubi Qafqazı cəlbedici bölgəyə, Şimal-Cənub və Şərq-Qərb marşrutlarının tranzit dəhlizlərindən birinə çevirə bilər".

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “İrəvan Dialoqu” beynəlxalq konfransı çərçivəsində “Əlaqədən Fürsətə: Aİ-Ermənistan ticarətinin və investisiyalarının gücləndirilməsi” mövzusunda panel müzakirəsində açılış nitqi ilə çıxış edərkən deyib.

Onun sözlərinə görə, əlaqə nəqliyyat yollarının yenidən açılması, sərbəst ticarətin asanlaşdırılması, Avropa və Asiya da daxil olmaqla müxtəlif bölgələri birləşdirən daha geniş iqtisadi şəbəkələrə töhfə vermək deməkdir: "Buna görə də, Cənubi Qafqaz Cənub-Şimal, Şərq-Qərb yollarının kəsişməsində unikal bir haba çevrilə bilər. Aydındır ki, "Sülh Yollarının Kəsişməsi" təşəbbüsü, Orta Dəhlizin həyata keçirilməsi və Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında malların, enerjinin və fiber optik kabellərin maneəsiz birləşdirilməsi hamı üçün qarşılıqlı maraq kəsb edir. Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bölgəmizin qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amilə çevrilə bilər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar