Ru
17:28 / 09 İyul 2026

Azərbaycanlı alim yıxılaraq öldü - FOTO

Azərbaycanlı alim yıxılaraq öldü - FOTO
Eye

Azərbaycanın görkəmli alimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əmralı Şirəliyev evində yıxılaraq aldığı xəsarətdən vəfat edib.

"Bakupost" xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Ə.Şirəliyev Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, ağır xəsarət alıb. Alim xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Onun vəfatı ilə bağlı xəbəri Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi yayıb.

Qeyd edək ki, 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev 50 ilə yaxın Azərbaycan Dillər Universitetində (ADU) çalışıb. O, 2017-2023-cü illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar