Ru
21:32 / 03 Dekabr 2025

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - VİDEO

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - VİDEO
Eye

Real TV-nin aparıcısı Vəfa Həmzəyeva Azərbaycan dilində yayımlanan Ermənistan kanalının aparıcısı, jurnalist Diana Karapetyanla müsahibə edib.


Bakupost.az xəbər verir ki, eksklüziv müsahibə zamanı Karapetyan Ermənistanda Azərbaycan dilində kanalın yaradılmasındakı əsas missiyanı açıqlayıb.


Bununla yanaşı, Diana Karapetyan canlı bağlantı zamanı “Artsax” ifadəsini işlətməyə cəhd edib.


Buna dərhal Real TV-nin aparıcısı Vəfa Həmzəyeva müdaxilə edərək belə bir sual ünvanlayıb:

"Əgər siz hələ də “Artsax“ deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?"

Azərbaycanlı jurnalist vurğulayıb ki, “Artsax” ifadəsi artıq siyasi və hüquqi baxımdan qapalı mövzudur və bir daha xatırladıb ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu məsələ beynəlxalq və regional səviyyədə artıq bağlanmış səhifədir.


Daha ətraflı videoda:

Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar