Ru
12:05 / 11 Noyabr 2021

Azərbaycanlı gənc Ukraynada nazir müavini oldu

3202
Ukraynanın Nazirlər Kabineti noyabrın 10-da keçirilən iclasında “A” kateqoriyalı dövlət qulluğu vəzifəsi üzrə müsabiqənin qaliblərini müəyyən edib.

Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, nəticələrə əsasən, azərbaycanlı gənc Fərid Səfərov nazir müavini təyin olunub.


Belə ki, Fərid Səfərov Ukraynanın energetika nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini təyin edilib.

Qeyd edək ki, Səfərov bu vəzifəyə qədər “Ukrpoçt” Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini olaraq çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər