Ru
11:28 / 23 Sentyabr 2026

Azərbaycanlı idmançı həbs edildi - SƏBƏB

Azərbaycanlı idmançı həbs edildi  - SƏBƏB
Eye

Naxçıvanın tanınmış atletlərindən olan Əmrah Nağıyev valideynlərin şikayəti əsasında dələduzluq şübhəsi ilə saxlanılıb.

“Bakupost” Anz.az-a istinadən xəbər verir ki, o, bəzi şəxslərdən övladlarını qabiliyyət imtahanı yolu ilə universitetə qəbul etdirəcəyini vəd edərək pul alıb.

Şikayətlər əsasında Ə.Nağıyev barəsində araşdırma başlanılıb.

Əmrah Nağıyev Ordubad şəhər Uşaq-Gənclər İdman Məktəbində atletika üzrə müəllim işləyir.

O, orta və uzun məsafələrə qaçış üzrə Azərbaycan çempionu olub, ölkəmizi beynəlxalq yarışlarda təmsil edib.

Ə.Nağıyev atletika üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən ilk naxçıvanlı atlet kimi tanınır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar