Ru
14:37 / 09 Oktyabr 2025

Azərbaycanlı məşhur tiktoker ABŞ-də faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı məşhur tiktoker ABŞ-də faciəvi şəkildə öldü - VİDEO
Eye

Azərbaycanlı tiktoker, 12 yaşlı Zemfira Muxtarova Nyu-York metro qatarının üstündə “sörfinq” edərkən həlak olub.

Bakupost.az–ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, faciə şənbə günü səhər saatlarında “Marcy Avenue” stansiyasında baş verib.

Polisin açıqlamasına görə, Zemfira və başqa bir yeniyetmə sosial mediada tanış olub və gecə vaxtı “macəra” yaşamaq məqsədilə evlərindən gizlicə çıxıblar.
Qatar stansiyaya çatarkən Zemfira və 13 yaşlı dostu Ebba Morina “Villiamsburg” stansiyasının yaxınlığında relslərin yanında huşsuz vəziyyətdə tapılıblar. Təcili yardım əməkdaşları hadisə yerində hər iki qızın öldüyünü təsdiqləyib.


Məlumata görə, faciədən bir neçə həftə əvvəl Zemfira TikTok-da qandonduran videolar paylaşıb: o, relslərin üzərində uzanaraq, qatarın üstündən keçərək, göydələnlərin damına və körpülərə qalxaraq, eləcə də uçurum üzərində balans saxlayaraq görüntülər çəkdirib. Bütün bunlar “like” və baxış sayı üçün idi.


Zemfiranın anası, ukraynalı Nataliya Rudenko bildirib ki, hadisə barədə səhər xəbərlərində eşidib:

“O, həmin vaxt öz otağında yatmalı idi. İndi isə onun dəfnini planlaşdırırıq,” – deyə Rudenko əlavə edib.

Faciə gecəsi Rudenko işdən qayıdarkən ərinin və kiçik qızının yatdığını görüb. Zemfira isə təxminən saat 03:00-da evdən qaçıb.


Rudenko əlavə edib ki, dəfələrlə qızı ilə mübahisə edib, ona bu işlərdən əl çəkməsi üçün yalvarıb:

“Dedim, Zemfira, bu təhlükəlidir, bunu etmə. Amma o, dinləmədi. Özünü inandırmışdı ki, hər şeyi nəzarətdə saxlayır.”

Polis bildirib ki, onlar sosial şəbəkələrdə qatarın damında gəzən 15 yeniyetmədən ibarət “ölüm axtaranlar” qrupunun üzvü idilər. Zemfiranı bu qrupa kim və necə cəlb edib, məlum deyil.

Bildirilir ki, Zemfira əvvəllər riskli hərəkətlərə maraq göstərməyib. O, məktəbə gedir, voleybol oynayır, döyüş sənətləri ilə məşğul olur, skripka çalırdı. Ailəsi tez-tez “Disneyland”ə səyahət edirdi. Lakin o, həyatına “təhlükəli videolar” obsesiyası əlavə etdikdən sonra dəyişib.


Ana qeyd edir ki, qızı şəhərdə gəzərək tərk edilmiş evləri, göydələnlərin damlarını və metro stansiyalarını axtarır, bunu çəkərək TikTok-da paylaşırdı. Videolar minlərlə baxış toplayırdı.

“Mən onu otağa qapada bilməzdim, sadəcə, qapının açarını götürüb onu dayandırmaq mümkün deyildi. O, azad ruhlu, inadkar və çox cəsarətli idi...” – Rudenko əlavə edib.

Zemfiranın atası, əslən azərbaycanlı Ruslan Muxtarov, qızının dəfn xərclərini toplamaq məqsədilə veb-səhifə yaradıb.

Nyu-York şəhərinin hakimiyyət orqanlarının məlumatına görə, son iki ildə 11 yeniyetmə metro qatarının üstündə gəzərkən ölüb. Müqayisə üçün qeyd edək ki, 2018–2022-ci illər arasında belə hallar yalnız beş dəfə baş vermişdi.

Lalə, BakuPost


@duc.thao.tran Young girls, 12 and 13, killed in horrific NYC subway surfing tragedy #ZemfiraMukhtarov #EbbaMorina #NYCNews #NewsUpdate #NewsUpdate ♬ original sound - U.Snews

@user93875205547698 Young girls, 12 and 13, killed in horrific NYC subway surfing tragedy #Brooklyn #NYCNews #SubwaySurfings #BreakingNews #ZemfiraMukhtarov #EbbaMorina #USNews #NewYorkCity #Manhattan #NewsUpdate #JTrain#usa #usa???????? ♬ original sound - user93875205547698


Şərhlər
  • .Nizami Aliev

    Ана дилимзде "фачиjели" созу вар - фачиjеви созу jохдур .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar