Ru
12:18 / 15 Avqust 2026

Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO

Azərbaycanlı müğənni küçədə döyüldü  - FOTO
Eye

Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb.

"Bakupost" axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:

"İki nəfər şəxs mənim ünvanıma nalayiq sözlər ifadə etdilər. Sonra isə həmin iki nəfər tərəfindən köməksiz vəziyyətimdən istifadə edərək döyüldüm, fiziki zorakılığa məruz qaldım. Alnım şişib, gözümün altı göyərib, bədənim qollarım hematoma olub, barmağım isə travma alıb".

Pəriyar Məmmədova hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib və təqsirkarların tapılmasını istəyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar