Ru
16:45 / 23 İyun 2026

Azərbaycanlı tələbə qız faciəvi şəkildə öldü

Azərbaycanlı tələbə qız faciəvi şəkildə öldü
Eye

Gürcüstanda evdə baş verən partlayış zamanı ağır xəsarətlər alan azərbaycanlı qız ölüb.


Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 11-də Saqareco rayonunun Yormuğanlı kəndində qeydə alınıb.

Evin mətbəxində qaz sızması səbəbindən partlayış zamanı baş verib. Nəticədə gənc qız ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, Lamiyə Allahverdiyeva 12 gün ərzində xəstəxanada müalicə alsa da, aldığı ağır xəsarətlər səbəbindən həyatını itirib.

Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisası üzrə tələbəsi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar