Ru
13:38 / 11 Avqust 2026

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə  həbs edildi
Eye

Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın.

"Bakupost" xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov özünün Feysbuk səhifəsində yazıb.

“Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Çeçenistan rəhbəri Ramzan Kadırova dair lağlağı şəkil tapıblar.

Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər”, - o qeyd edib.

Hüquqşünas Axar.az-a açıqlamasında bildirib ki, bəzi araşdırmalarla bağlı ad-soyad və digər detalları açıqlamaq istəmir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar