Ru
13:53 / 10 Sentyabr 2026

Azərbaycanlı xanıma ABŞ-da yüksək vəzifə verildi

Azərbaycanlı xanıma ABŞ-da yüksək vəzifə verildi
Eye

Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində (George Washington University) prorektor (Associate Provost) vəzifəsinə təyin olunub. O yeni vəzifəsində Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafı ilə bağlı istiqamətlər üzrə fəaliyyət göstərəcək.

"Bakupost" xəbər verir ki, bu barədə S.Məmmədova sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, S.Məmmədova bundan əvvəl Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib və universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar