Ru
13:50 / 11 İyul 2026

Azərbaycanlılar kəndə girdi, ermənilərin gözü önündə bunu etdi – Sakinlər təəccüb içində

Azərbaycanlılar kəndə girdi, ermənilərin gözü önündə bunu etdi – Sakinlər təəccüb içində
Eye

Ermənistanın “Hraparak” nəşri azərbaycanlıların Bağanis-Ayrım kəndi ərazisində işlər apardığını iddia edib.

"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Tavuşun sərhəd kəndlərinin sakinləri 2024-cü ildə Azərbaycana qaytarılan Bağanis-Ayrım kəndində hərəkətlilik müşahidə ediblər.

İddia olunur ki, Azərbaycan tərəfi xarabalıq ərazinin böyük hissəsini hamarlayıb. Yerli sakinlər görülən işlərin hansı məqsədlə aparıldığını bilmədiklərini deyiblər və yaranmış vəziyyətə görə təəccübləniblər. Onların ehtimallarına görə, ərazidə yaşayış evləri, bağlar salına və ya başqa layihələr həyata keçirilə bilər.

Qeyd edək ki, bu məlumat Ermənistan mətbuatında dərc olunub və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Şərhlər
  • Getman Sərdarlı

    AzərbayCanımızın Qarabağa-hərbi dəstəklənən millətçi *Miatsum!* genosid yuvasına XALQ CƏBHƏsi adı ilə belə 1988dən 20.09.2023 tarixinə qədər cürət etməməsi əks müşahidəçiləri də məəttəl qoyub, Ali Cənab H/H. Kimlərinsə illərlə uzaq-yüksək dünyəvi xahiş-minnət, fenomen müraciətləri və ağlabatmaz sazişləri, bəlkə belə boşuna siyasi diplomatiya, itirilmiş canlar, varidat, on illərlə qurulmuş öncə fasiləsiz, savaşla qırılmış yaşam vasitələri imiş? Axı, 1987ci ilin yazına qədər Ermənistanda da ən çox əkib-becərənlər əsasən azərbaycanlılar deyildimi? Təəccüblü, nəymiş? Cinayətin elə cəzalanması ki, ən azı gələcək 40 ildə unudulmasın!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar