Ru
20:32 / 27 Avqust 2026

Azərbaycanlıların olduğu gəmi dronla vuruldu

Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
Eye

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.


"Bakupost" xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, "Statu Dənizçilik" şirkətinə məxsus "STAR-2" quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.

Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar