Ru
20:08 / 22 May 2026

"Azəriqaz" İB-nin baş direktoru Ağstafa rayonunda vətəndaş qəbulu keçirdi

"Azəriqaz" İB-nin baş direktoru Ağstafa rayonunda vətəndaş qəbulu keçirdi
Eye

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Ağstafa rayonunda baş tutub.

Bakupost.az xəbər verir ki, birlik rəhbəri Ağstafa, Qazax və Tovuz rayonlarından qəbula gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.

Qəbula gələnlərin müraciətləri əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, mühafizə zonasına dair rəyin verilməsi, yeni yaşayış massivinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və iş yerinin dəyişdirilməsi ilə bağlı olub. Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar