Ru
22:04 / 03 İyul 2026

"Azəriqaz” İB-nin baş direktoru Qobustan rayonunda vətəndaş qəbulu keçirdi

"Azəriqaz” İB-nin baş direktoru Qobustan rayonunda vətəndaş qəbulu keçirdi
Eye

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edib.

"Bakupost" xəbər verir ki, görüşdə Qobustan rayonu ilə yanaşı, Şamaxı, İsmayıllı və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən yeni yaşayış massivlərinin, fərdi yaşayış evlərinin qazlaşdırılması, qapı keçidlərinin quraşdırılması və işə qəbulla bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar