Ru
16:21 / 25 Sentyabr 2026

“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
Eye

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Xankəndi və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

"Bakupost" xəbər verir ki, müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar