Ru
12:18 / 03 İyun 2026

"Azərlotereya" 2025-ci ildə 100,7 milyon vergi ödəyib

"Azərlotereya" 2025-ci ildə 100,7 milyon vergi ödəyib
Eye

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.

Şirkət 2025-ci il hesabat dövrünə aid 100,7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83,3 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 70.3 milyon manat olub.

2025-ci ildə "Azərlotereya"nın satışdan gəlirləri 373,7 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis mənfəəti 73,9 milyon manat təşkil edib.

2025-ci ildə şirkət 4,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan 49,4 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya"nın 2025-ci ilin sonu cəmi aktivləri 130,4 milyon manat təşkil edib. Şirkətin 2024-cü ilin sonunda cəmi aktivləri 115,1 milyon manat olub.

"Azərlotereya"nın cəmi kapitalı 31 % artaraq 50,7 milyon manata çatıb.

Hesabatla daha ətraflı "Azərlotereya"nın saytından tanış ola bilərsiniz.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar