Ru
19:08 / 24 Fevral 2020

AzTV-nin sədr müavini işdən çıxarıldı - YENİ TƏYİNAT

11137
AzTV-nin sədr müavini Rəşad Nəsirov tutduğu vəzifədən azad olunub. BakuPost xəbər verir ki, bu barədə müvafiq əmr bir neçə saat əvvəl imzalanıb.

Onun yerinə Rafiq Həşimov təyin edilib.

Xəbəri Azərbaycan televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübsriz Aslanov BakuPost-a təsdiqləyib.

Rəşad Barat oğlu Nəsirov ANS, “Lider” telekanallarında və İctimai Televiziyada çalışıb.

2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor və “Xəbərlər” informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb.



Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini təyin olunub.

2016-cı il 7 noyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər