Ru
14:14 / 16 Oktyabr 2026

Babiş: Trampın Putinlə razılaşması Avropanı çətin vəziyyətdə qoydu - VİDEO

Babiş: Trampın Putinlə razılaşması Avropanı  çətin vəziyyətdə qoydu - VİDEO
Eye

ABŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağı almaq üçün Prezident Vladimir Putin ilə razılıq əldə etməsi Avropanı çətin vəziyyətə salıb.

"Bakupost" xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Brüsseldə keçirilən Avropa İttifaqı sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Babişin sözlərinə görə, Avropa baş verənlərə münasibətdə fəallıq göstərmir, Rusiya-Ukrayna müharibəsi isə davam edir.

“Düşünürəm ki, hamımız sülh istəyirik. Mən demirəm ki, sülh Rusiyanın mövqeyinin qəbul edilməsi deməkdir. Lakin fakt budur ki, müharibə davam edir, Avropa baş verənlərdən kənarda qalıb. Tramp Putinlə bu müqaviləni bağlamaqla əslində, bizi çətin vəziyyətdə qoydu və biz nəsə etməliyik”, - deyə o bildirib.

Lalə, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar