Ru
17:09 / 22 İyul 2026

Babülməndəb boğazı da bağlanır? – Tankerlər istiqamətlərini dəyişirlər

Babülməndəb boğazı da bağlanır? – Tankerlər istiqamətlərini dəyişirlər
Eye

Yəməndə İranın dəstəklədiyi husilərin Babülməndəb boğazı yaxınlığında gəmilərə hücum etmək üçün raket və pilotsuz uçuş aparatları yerləşdirdiyi bildirilir.

Bakupost.az xəbər verir ki, Beynəlxalq Dəniz Əlaqələndirmə Mərkəzinin (JMIC) yaydığı məlumata görə, husilər hazırlıqlarını demək olar ki, başa çatdırıb. Mərkəz raket və PUA sistemlərinin mövqelərə yerləşdirildiyini, dəniz daşımalarına qarşı mümkün hücum üçün son mərhələyə keçildiyini açıqlayıb. Bu addım husilərin Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə blokada tətbiq edəcəklərini bəyan etməsindən sonra atılıb. Qrup gəmi sahiblərinə Səudiyyə limanlarına daxil olmamaq barədə xəbərdarlıq edib.
Mütəxəssislər bildirirlər ki, mümkün hücumlar Səudiyyə Ərəbistanının Qırmızı dənizdə yerləşən Yanbu limanı vasitəsilə həyata keçirdiyi neft ixracını da təhlükə altına qoya bilər. Bu marşrut hazırda Hörmüz boğazındakı risklər səbəbindən əsas alternativ yol hesab olunur. Beynəlxalq Dəniz Əlaqələndirmə Mərkəzi son 48 saatda ticarət gəmilərinə qarşı təsdiqlənmiş hücum qeydə alınmadığını açıqlasa da, təhlükəsizlik riskinin artması artıq dəniz nəqliyyatına təsir göstərib. Bir sıra ticarət gəmiləri hərəkətini dayandırıb, bəzi neft tankerləri isə marşrutlarını dəyişərək geri dönüblər. Bu, husilərin son təhdidlərindən sonra tankerlərin hərəkətində qeydə alınan ilk ciddi dəyişiklik kimi qiymətləndirilir.

Röya Rizvanzadə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar