Sumqayıt şəhərində yerləşən “Bağça şəhər” yaşayış kompleksində yeni inşa edilən binada dünən baş verən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Bakupost.az -a daxil olan məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Qeyd olunur ki, yanğın içərisində boyalar olan anbarda baş verib.
"Çox güman ki, anbarda qaynaq işləri aparılırmış. Nəticədə yanğın başlayıb. Hadisə nəticəsində anbarda çalışan işçilərdən birinin ayaqları yanıb", - deyə saytımızın mənbəsi bildirib.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
Lalə, BakuPost