Ru
17:47 / 01 Sentyabr 2026

Bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanıb?

Bağçaya gedən uşağın qanında  psixotrop dərman aşkarlanıb?
Eye

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.


Bu barədə Dövlət Komitəsindən məlumat verilib.


Qeyd edilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.


"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.


Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.


Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", - məlumatda deyilir.


***

16:09

Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.


"Bakupost" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən açıqlamada qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparıldığı bildirilib.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi də vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar