Ru
20:30 / 23 İyun 2026

Bakı bulvarında məşhur attraksion TƏMİR EDİLƏCƏK

Bakı bulvarında məşhur attraksion TƏMİR EDİLƏCƏK
Eye

Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən "Panorama" attraksionu təmir olunacaq.


Bakupost.az Baku.ws-ə istinadən xəbər verir ki, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610.47 manat təşkil edir.

Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.

Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar