Ru
20:40 / 15 May 2026

Bakı-Ələt yolunda körpü çökdü - VİDEO

Bakı-Ələt yolunda körpü çökdü -  VİDEO
Eye

Bu gün saat 16 radələrində Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.

Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğuya cavab olaraq bildirilib ki, qurumun əməkdaşları artıq əraziyə cəlb edilib: “Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və mütəxəssis qrupu göndərilib. Araşdırmadan sonra körpüyə dəymiş zərər müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar