Ru
22:22 / 17 İyun 2026

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan:  Eskalator qəfil dayandı və azyaşlı...
Eye

Bakıda metronun “Əcəmi” stansiyasında xoşagəlməz hadisə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərin eskalatordan istifadə etdiyi vaxt qurğu qəfil dayanıb.

Bakupost.az “bakıvaxtı.az”a istinadla xəbər verir ki, nəticədə eskalatorda olan azyaşlı uşaq müvazinətini itirərək yıxılıb və başını eskalatora vurub.

Xoşbəxtlikdən, hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Qəfil nasazlıq sərnişinlər arasında qısa müddətli təşvişə səbəb olub. Bir neçə dəqiqə ərzində stansiyada olan insanlar panika və həyəcan yaşayıblar. Daha sonra vəziyyət nəzarətə götürülüb və hərəkət bərpa olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar