Ru
16:27 / 29 Aprel 2026

Bakı metrosunda insident: Qurum itkilərini açıqladı

Bakı metrosunda insident: Qurum itkilərini açıqladı
Eye

Bir neçə gün əvvəl Bakı Metropolitenində qatarların hərəkətində problem yaşanıb və metronun fəaliyyəti bir neçə saatlıq dayandırılıb.

Bu hadisələr səbəbindən Bakı Metropoliteni nə qədər maliyyə itkisi ilə üzləşib?

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Bakı Metropoliteni QSC aprelin 21-də Bakı Metropolitenində baş vermiş hadisənin maliyyə zərərinin əsasən sərnişin axınında müşahidə edildiyini bildirib.

“Belə ki, hadisə günü iş günləri üzrə orta sərnişin sayı 757 min səviyyəsindən 537 minə düşərək təxminən 29% azalma göstərib. Sonrakı günlərdə sərnişin sayı tədricən bərpa olunub. Nəticə etibarilə, hadisə baş verdiyi gündən etibarən ümumi sərnişin itkisi təxminən 267.4 min nəfər, birbaşa maliyyə itkisi isə təxminən bu saya uyğun qiymətləndirilir”.

Qeyd edək ki, verilən rəqəmlərə əsasən, Bakı Metropoliteninin təxmini maliyyə zərəri 160 min manat təşkil edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar