Ru
15:53 / 03 Oktyabr 2026

Bakı metrosunda ölüm hadisəsi

Bakı metrosunda ölüm hadisəsi
Eye

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.


"Bakupost" Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

Bakı Metropliteni QSC hadisəni təsdiq edib:

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar