Ru
10:10 / 31 İyul 2026

Bakı metrosunda yeni təyinatlar

Bakı metrosunda yeni təyinatlar
Eye

Bakı Metropoliteni QSC-də yeni kadr təyinatları olub.

"Bakupost" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Aydan Qurbanova QSC-nin Strateji inkişaf departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunublar.

Digər əmrlə, Rəşad İbrahimov QSC-nin Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Qurbanova ötən ilin may ayından etibarən Bakı metrosunda çalışır. O, indiyədək həmin şöbədə menecer işləyib. R.Rzayev isə yeni təyinatdan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar