Neft-qaz şirkəti BP Plc Azərbaycandan gətirilən neftin bəzilərində çirklənmə aşkar edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, problemlər böyük miqdarda neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilən üzvi xloridlərlə bağlıdır.
İtaliyanın “Eni SpA” şirkəti də çirklənmiş neft aldığını və bəzilərinin hətta neft emalı zavodlarına getdiyini bildirib.
Böyük həcmdə Azərbaycan nefti boru kəməri ilə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına nəql olunur. BP boru kəmərinin tikintisini həyata keçirən BTC Co. şirkətini idarə edir.
“BTC Co.-ya BTC boru kəməri ilə göndərilən müəyyən xam neft daşınmalarında üzvi xloridlərlə bağlı potensial keyfiyyət problemi barədə məlumat verilib. BTC Co. şirkəti hazırda boru kəməri boyu bütün sahələrdə xam neftin keyfiyyətini qiymətləndirir”, - qeyd olunub.
Asena,
BakuPost
Xəbərin *Blumberq*ə, digər paylaşımının məntiqi-məğzi və yekun məramı nəymiş? Azərbaycan, təbii ki, Rus-Sovet texnikasının tətbiqi ilə neft hasilatı, ilkin emalı, hətta kimyəvi texnolojisi ilə müstəqilcə-öz mütəxəssisləri ilə 150 ildən çox məşğul olub. Məncə, beynəlxalq Konsorsiumlar və müqavilələrdə məncə, bizim *Azneft*, ya digər şirkətlərin, müəssisələrin nəinki aparıcı geoloji-tədqiqat, hətta avadanlıq, əlavə vasitələrlə, texnoloji nəqldə, ya digər müstəqil iştirakı olmayıb və hazırda da nəzərdə tutulmayıb? Aparıcılar BP Plc, Eni SpA*, nəqlə isə BTC Co. şirkəti özləri də məsul deyillərmi? Bəs, minlərlə kilometr boru kəməri ilə xam neftin ... nəqli tərəflərin hansıları üçün sərfəli, ya necə mükəmməlmiş