Ru
13:10 / 23 Sentyabr 2026

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: TIR minik avtomobilinin üzərinən keçdi - VİDEO

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: TIR minik avtomobilinin üzərinən keçdi  - VİDEO
Eye

Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində, Masazır dairəsi adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xeber verir ki, TIR idarəetmədən çıxaraq körpüdəki dəmir maneələri yarıb. Daha sonra qarşı istiqamətdən gələn minik avtomobilinin üzərinnən keçib.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Gülsüm Baxşəliyeva,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar