Ru
17:51 / 20 May 2026

“Bakı-Tiflis qatarının bilet qiymətləri məntiqsizdir” – Osman Gündüz

“Bakı-Tiflis qatarının bilet qiymətləri məntiqsizdir” – Osman Gündüz
Eye

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakı-Tiflis marşurutu üzrə qatarların hərəkətinin bərpası fonunda Azərbaycan Dəmir Yolları QSC-nin müəyyənləşdirdiyi qiymətlərə özünün feysbuk səhifəsində münasibət bildirib.

Bakupost.az xəbər verir ki, O.Gündüz qurumun qiymət siyasətinin heç bir məntiqə sığmadığını deyib.

“ADY bu tip ağlasığmaz qiymət siyasətini əvvəllər Bakı-Balakən qatarında sınaqdan keçirdi. Qurum ala yarımçıq, çox ehtiyatla açıqlama yayıb. Mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarır. Kupe və SV-nin qiymətini hələlik gizli saxlayır”.

Bakıdan Tiflisə biletin 81 manat olduğunu deyən ekspert 2019-cu ilədək olan qiymətləri də göstərib:

“Plaskart -24-26 manat, kupe-35-40 manat və SV (yataqlı)-57-60 manat”.

O qeyd edib ki, ADY məsələyə "Bakı-Balakən qatarı" prinsipilə yanaşacaqsa, Bakı-Tbilisi reysi üçün ağlasığmaz görünsə də, kupe və SV qiymətləri belə ola bilər:

“Kupe -120 manat, SV-230 manat”.

Mərkəz direktoru güman edir ki, ADY hökumətdən subsidiya ala bilmədiyindən, həmin vəsaitləri əhalidən almağı hədəfləyib:

“Hökumətin belə ağlasığmaz qiymətlərə imkan verib-verməyəcəyini bilmirəm, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun gəlməyən, ağlabatan olmayan bir qiymət təklif olunub”.

Rüfət Sultan, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar