Ru
19:58 / 20 May 2026

Bakı-Tiflis reysində qiymət oyunu: 81+ nə deməkdir?..

Bakı-Tiflis reysində qiymət oyunu: 81+ nə deməkdir?..
Eye

Nəhayət, 6 ildən sonra Azərbaycanın quru sərhədlərinin açılması istiqamətindən ilk təşəbbüs təsdiqləndi. Artıq 26 may tarixindən Bakıdan Tiflisə qatarla sərnişin daşınmasına başlanılacaq.

Bakupost.az xəbər verir ki, hər kəsi ilk növbədə qatar bileti maraqlandırmağa başladı. Çünki ölkədən gediş-gəliş üçün yeganə imkan təyyarədir və təyyarə qiymətləri də çox yüksəkdir. Bu baxımdan heç olmasa qonşu Gürcüstana qatarla daha münasib qiymətə səfər etmək imkanı hər kəsin diqqətini çəkir.

Bakı-Tiflis qatarı həm də ölkədən quru sərhədlərlə çıxmaq fürsətidir. Çünki Gürcüstana gedəndən sonra oradan istənilən ölkəyə quru yolla və yaxud daha ucuz təklif edilən hava nəqliyyatı ilə səfər cəlbediciliyi də var.

Bakı-Tiflis sərnişin qatarının bu qədər böyük diqqət görməsinin səbəbləri bunlardır.

Bu gün Azərbaycan Dəmir Yolları QSC elan etdi ki, Bakı-Tiflis qatarında sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq, ümumi vaqon (plaskart) yoxdur. Həmçinin bildirildi ki, “Bakıdan Tiflisə MİNİMUM (fərqləndirmə bizimdir - red.) gediş haqqı 81 manat olacaq.
Məsələ də bu “minimum” sözündədir. Bu “minimum” sözünün arxasında nə gizlənir?
1. “Minimum” “konfort” sinfinə aiddirsə, onda “konfort+” və “lüks” siniflərin qiyməti nə qədər olacaq?

2. Qiyməti tələb müəyyən edəcəkmi? Yəni tələb çox olarsa, qiymət qalxacaqmı, yoxsa hər bir halda qiymət dəyişməz qalacaq?

Aprel ayında AZAL Tiflisə kampaniya təşkil etmişdi və qiyməti 97 manata endirmişdi. Hazırda qiymət 167 manat olaraq müəyyənləşib (tələblə artıb-azala bilir).

Beləliklə, ADY-nin hazırkı “minimal” qiyməti ilə AZAL-ın aprel ayındakı kampaniyası arasında heç bir fərq yoxdur. Bəs, ADY-nin “maksimum” qiyməti nə qədərdir?

Bəzi ekspertlər “konfort+” və “lüks” siniflərin 120-230 manat olacağı haqda qənaətlərini bölüşürlər. Bu rəqəmlər isə AZAL-ın bir tərəfə 167 manatlıq biletindən daha bahadır.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar